“Daha geniş eskalasiya olacağı təqdirdə İsrail əlverişli şərait yaratmağa çalışacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
“İsrail iki həftə ərzində HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfi, Hizbullah liderlərindən Fuad Şükrini və HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öldürdü. Odur ki, İsrail İranı da müharibəyə cəlb etməklə bu eskalasiyanı genişləndirməyə çalışır. Təl-Əviv başa düşür ki, son aylarda beynəlxalq ictimaiyyətin dəstəyini itirir. Ona görə də dəstəyi geri qazanmaq üçün İrana qarşı hərəkət etməli və ya Tehranı müharibəyə sürükləməlidir. İlk cəhd apreldə İsrail Dəməşqə hücuma başlayanda edilib. Bundan sonra İran İsrail ərazisinə cavab hücumu həyata keçirib”, – deyə ekspert bildirib.
Melkonyan hesab edir ki, İran İsrailə mütləq cavab verəcək.
“Bu cavab husilərdən, Hizbullahdan gələ bilər. Eyni zamanda İranın özünün birbaşa İsrailin mövqelərinə zərbələr endirməsi mümkündür. İndi bu məsələlər müzakirə olunur. Çünki nə İran, nə də ABŞ Yaxın Şərqdə genişmiqyaslı müharibə istəyir. Digər sual isə HƏMAS-ın liderinin kim olacağı ilə bağlıdır. Ehtimal olunan namizədlərin seçimində daha sərt xəttə üstünlük verirlər. Bu, eskalasiya səviyyəsinə təsir edə bilər. Bununla belə, İsraildə hərbi və ya təhlükəsizlik qanadını təmsil edənlərin əksəriyyəti genişmiqyaslı müharibəyə qarşıdır”, – deyə Melkonyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az