HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat İran Ali Milli Təhlükəsizlik Şurasının X hesabında yayılıb.
Qeyd olunub ki, Haniyənin öldürülməsi “qorxaq bir hərəkətdir” və onu törədənlər şübhəsiz, cavablarını alacaqlar.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
X X X
İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN-dən bildirilib.
“Qardaşımız İsmayıl Haniyənin Tehranda ölümü İran İslam Respublikası, əziz Fələstin və müqavimət qüvvələri arasında dərin və qırılmaz əlaqəni daha da gücləndirəcək”, – Kənani bildirib.
Qeyd olunub ki, Tehran bu hadisənin təfərrüatlarını və aspektlərini araşdırmaqda davam edir.
Xatırladaq ki, bu gün səhər saatlarında HƏMAS lideri İsmayıl Hamiyə Tehrandakı iqamətgahına raket atəşi nəticəsində ölüb.