Amerikalı məşhur jurnalist Qrant Val Qətərdə Niderland-Argentina qarşılaşmasını işıqlandırarkən dünyasını dəyişib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.
Məlumata görə,”Lusail” stadionunda oyunun əsas vaxtına əlavə olunan müddət zamanı 48 yaşlı Valın halı pisləşib və huşunu itirib.
Həkimlər onun həyatını xilas edə bilməyib. Hazırda jurnalistin ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, Qrant Val “ Sports Illustrated”, həmçinin “Fox Sports” və “CBS Sports” üçün çalışıb. Qətərdə keçirilən cari çempionat onun üçün 8-ci dünya çempionatı olub. Val Devid Bekhem barəsində kitab da daxil olmaqla, idman sahəsində bir neçə kitabın müəllifidir.