ABS ordusu11112

“ABŞ ordusu genişmiqyaslı müharibə aparmaq iqtidarında deyil”.

Globalinfo.az xəbər verir ki, bu məlumat Konqres komissiyasının Senatın Hərbi Qüvvələr Komitəsinə təqdim etdiyi hesabatında yer alıb.

Qeyd edilib ki, ölkə sonuncu dəfə belə konfliktə 35 il əvvəl qurtaran soyuq müharibə zamanı hazır olub:

“İndi ordu hazır deyil… Amerikalı hərbçilərin nə imkanları, nə potensialı yetərli deyil. Onlar buna görə döyüş fəaliyyətlərinin qarşısını almaq, onun öhdəsindən gəlməklə bağlı əmin deyillər”, – hesabatda bildirilib.

Qeyd edilib ki, Rusiya, Çin və digər dövlətlər arasında əməkdaşlıq bir neçə cəbhədə konflikt ehtimalını artırır və ABŞ-ın belə müharibədə müqavimət göstərmək ehtimalını çətinləşdirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: