Cəlilabadda faciə: azyaşlı balkondan yıxıldı

Cəlilabadda faciə: azyaşlı balkondan yıxıldı

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Globalinfo.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 2021-ci il təvəllüdlü V.C nəzarətdən yayınaraq qonşuluqdakı evin ikinci mərtəbəsində yerləşən açıq balkona qalxıb. Burada oynayan uşaq müvazinətini itirərək yerə düşüb və ağır xəsarətlər alıb.

Cəlilabad Rayon  Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.