İsrailin yüksək səviyyəli hərbi və təhlükəsizlik rəsmiləri 11 mülki şəxsin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən Məcdəl Şəmsə raket hücumuna cavab olaraq Hizbullaha qarşı addımlar atmağı düşünür.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O, Hizbullaha qarşı fəaliyyət variantlarını təqdim edib.
“Qalant hərəkət istiqamətini müəyyənləşdirdi və müdafiə departamentinə müvafiq göstərişlər verdi”, – deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında vurğulanır.
Nazirin İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi, Mossad rəhbəri Devid Barnea və digər rəsmi şəxslərlə görüşdüyü bildirilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az