Tavuşda qəza: 1 erməni öldü, 11-i yaralandı

Tavuşda qəza: 1 erməni öldü, 11-i yaralandı

İyulun 27-də Tavuş vilayətində dəhşətli qəza baş verib.

Globalinfo.az xəbər verir ki, İrəvan-Göyçə-İcevan yolunun 99-cu km-də “İnfiniti” və “Suzuki” markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 12 nəfər xəsarət alıb və İcevan tibb mərkəzinə yerləşdirilib. Yaralılardan biri xəstəxanada ölüb.