“Gürcüstan ABŞ hökumətinə münasibətləri yeniləməyi təklif edir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir Tbilisinin Vaşinqtondan müsbət cavab alacağına ümid etdiyini bildirib:
“Biz amerikalı tərəfdaşlarımıza başqa gündəm təklif etmək istəyirik. Hansı ki, bu, yenilənmə adlanır. Sizə bəllidir ki, münasibətlərdə son 3-4 ildə nə qədər şey korlanıb. Bu fonda Gürcüstan-ABŞ əlaqələrinin yenilənməsinə ehtiyac var”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Gürcüstana xarici agentlər haqqında qanuna görə bir neçə sanksiya tətbiq edib. Həmçinin Tbilisiyə hərbi yardımlar da dayandırılıb.
Əliyar Xəlil
Globalinfo.az