ABŞ-ın Ermənistandakı səfiri Kristin Kvin iki ölkənin müştərək “Eagle Partner” hərbi təlimlərini izləyib.
Globalinfo.az xəbər verir ki, onu amerikalı generallar Ceyms Krizel, Entoni Mohat və Endryu Saslav müşayiət ediblər.
Qeyd edək ki, iyulun 15-dən başlayan hərbi təlimlər 24 iyul tarixində başa çatacaq.