Ötən gün dünyasını dəyişən Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevlə vida mərasimi keçirilib.
Globalinfo.az APA-aya istinadən xəbər verir ki, vida mərasimi mərhumun evində olub.
Vida mərasimi başa çatandan sonra Səfa Mirzəyevin nəşi II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Səfa Mirzəyevin dəfn mərasiminə əklil göndərib.
Əklil mərhumun məzarı üstünə qoyulub.
Qeyd edək ki, Səfa Mirzəyev uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.
***
Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev ötən gün vəfat edib.
Globalinfo.az bildirir ki, mərhumun yas mərasimi Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib.
O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.