“Hələ iki il əvvəl Ermənistan Gürcüstanla sərhəddə gizli proseslər başladıb”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, bir neçə gün öncə iki ölkə sərhədində anidən nişanların peyda olduğuna dair məlumatların yayılması İrəvan hakimiyyətini narahat edib. Paşinyan ailəsinə məxsus olan “Haykakan Zamanak” qəzeti məqalə yayımlayaraq Ermənistan-Gürcüstan sərhədində həmin nişanların iki il öncədən qoyulduğunu, yeni olmadığını açıqlayıb.

“Hraparak” yazır ki, qəzetin məhz bu açıqlaması əslində iki il öncədən sərhəddə Tbilisi və İrəvan arasında müəyyən sövdələşmənin olduğunu sübut edir. Lori vilayətinin Taşir rayonunun sarçapet kəndidə yerləşən Lok təpəsində qalanın yerləşdiyi  mübahisəli ərazisinin Gürcüstana təhvil verildiyi iddia olunur.

Nəşr qeyd edib ki, bütün baş verənlər 2022-ci ildə İrəvan və Tbilisi arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı prosesin gizli şəkildə başladıldığını, ictimaiyyətə isə heç bir məlumatın verilmədiyini göstərir. Nəticədə isə Lok təpəsi “Google” xəritəsində iki ölkənin sərhədində yerləşirmiş kimi, təpədəki  mübahisəli qala isə Gürcüstanın ərazisi olaraq görünür.

Əldə edilən bəzi məlumatlara əsasən, hələ 2005-ci ildə Ermənistan-Gürcüstan sərhədinin sözügedən dağın zirvəsi boyunca çəkilməsinə dair razılıq əldə olunub. İki il əvvəl hökumət rəsmilərindən sərhəddə nələ baş verdiyi sorulşulsa da, hər hansı yeniliyin olduğuna dair iddialar rədd edilib. Lakin kənd sakinləri jurnalistlərə ərazidə ölçmə işlərinin getdiyini deyiblər.

Hazırda mübahisəli ərazinin ictimaiyyətə məlumat verilmədən təpə boyunca iki hissəyə bölündüyü, qalanın tam sərhəd xəttinə düşdüyü bildirilir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: