“Co Bayden seçkilərdən geri çəkilmək barədə qərarını son 48 saatda verib”.
Globalinfo.az xəbər verir ki, bunu prezident Baydenin baş müşaviri açıqlayıb.
Onun sözlərinə görə, Bayden bu müddət ərzində ailəsi və müşaviri ilə telefonda məsləhətləşmə aparıb.
Məlumata görə, C.Bayden hazırda COVİD-19-dan sağalmaq üçün Delaver ştatındakı çimərlik evində özünü izolyasiya edib. O, bütün müzakirələrini telefon vasitəsi ilə həyata keçirib. Baş müşavir Baydenin hazırkı vəziyyətdə Tramp qarşısındakı mübarizədə diqqətinin yayınacağını düşündüyünü açıqlayıb.
Qeyd edək ki, C.Bayden seçkidən çəkildikdən sonra demokratların namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
Ayşən Mustafa
Globalinfo.az














