“Əgər Co Bayden prezidentliyə namizəd ola bilmirsə, o, dərhal istefa verməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Respublikaçılar Partiyasının üzvü Mayk Conson deyib.
M.Conson Bayden və komandasını uğursuz siyasət yürütməkdə ittiham edib:
“Amerika tarixində görünməmiş bir məqam yaşanır. Demokratlar Partiyasının seçkiyə cəmi 100 gün qalmış öz namizədinin səsvermə bülletenindən sıxışdırıb çıxardığını açıq şəkildə dərk etmək lazımdır. Bayden administrsiyasının siyasi uğursuzluqlarının bir səbəbkarı da Kamala Harrisdir. Bu baxımdan onun namizədliyi uğurlu deyil.
Ağ Evdəki hazırkı xaosdan asılı olmayaraq, bütün dünyadakı düşmənlərimizə xatırlatmaq lazımdır ki, ABŞ Konqresi, ABŞ Silahlı Qüvvələri və Amerika xalqı bizim maraqlarımızı həm daxildə, həm də xaricdə qorumağa tam hazırdır və sadiqdir”.
Ayşən Mustafa
Globalinfo.az