Donald Trampın Ukrayna siyasəti Kiyev üçün ağrılı olacaq.
Globalinfo.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.
“Onun bu konfliktdə atəşkəsə necə nail olunması ilə bağlı fikri yoxdur. Məncə, Trampın Vladimir Putinə bağlılığı Rusiyaya güzəştlərə gətirib çıxaracaq. Bu da Ukrayna üçün dağıdıcı olacaq”, – o bildirib.
Bolton ABŞ-ın Ukraynaya ürəyinin yumşaqlığına görə yox, özünün milli təhlükəsizlik maraqlarına görə kömək etdiyini bildirib.