Ermənistanın paytaxtı İrəvanda yenə güllə səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, ağır atletika üzrə keçmiş çempion güllələnib.
Belə ki, 38 yaşlı İrəvan sakini Vardan Davtyanın xəsarət aldığını müəyyən edilib.
Hadisə yerini yoxlayan polis “Honda” markalı avtomobilin sürücü oturacağında güllə izləri tapıblar.
Hadisə yerinə toplaşan şahidlər güllələnən şəxsin ağır atletika üzrə keçmiş Ermənistan çempionu olduğunu bildiriblər.
Müşviq Tofiqoğlu
Globalinfo.az














