“Türkiyə seriallarının Rusiyada yayımı qadağan edilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının erməniyönlü deputatı Vitali Milonov deyib.
Onun sözlərinə görə, türk seriallarının süjet xətti rusiyalılara təbliğ edir ki, rus kişilərə ərə getməsinlər. O, türk seriallarını “tam axmaqlıq” adlandırıb.
Deputat qeyd edib ki, Rusiya izləyicisinə reallığı əks etdirməyən nağıllar xoş gəlir. Milonov bu serialların məişət zorakılığını, eləcə də digər ailədaxili problemlərə səbəb olduğunu söyləyib. O, türkləri təhqir etməkdən də çəkinməyib:
“Bu türk ürəkyeyənlər, kababsatanlar birdən qərara gəldilər ki, yaxşı aktyordurlar. Əsl təlxəkdirlər. Türkiyədə ağıllı aktyor yoxdur, onların hamısı bacarıqsız, ucuz saxtakarlardır. Bizimkilər həqiqət olmayan nağılları sevirlər. Qoy, reallığı göstərsinlər ki, necə türk kişilər qadınlara münasibətdə güc tətbiq edirlər”.
Əliyar Xəlil
Globalinfo.az