669927d5686f6669927d5686f71721313237326f2fa41d753c62038800c5a389d7a5

“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.

Paylaş: