ABŞ-ın Almaniyadakı raketlərinə cavab olaraq Rusiya özünün nüvə təchizatlı raketlərini hazır vəziyyətə gətirməyi istisna etmir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Moskva hansı variantı daha məqbul görsə, onunla reaksiya verəcək.
“Əgər Almaniya hesab edirsə ki, hansısa eskalasiya tədbirlərini bizim Kalininqrad regionunda əlimizdə olanlar bəhanəsi ilə etməkdə haqlıdır, o zaman biz də bu fonda cavab kimi hansı addımı daha məqbul görsək, elə də cavab verəcəyik”.
Ryabkov Rusiyanın bütün mümkün reaksiyaları nəzərdən keçirəcəyini bildirib:
“Bu kiminsə ünvanın təhdid deyil. Bu, sadəcə dəyişən çağırışlara effektiv cavab tapmaq cəhdidir”.
Qeyd edək ki, ABŞ bundan öncə Almaniyada özünün uzağı vuran raketlərini yerləşdirib. Bu, soyuq müharibədən sonra ilk dəfə baş verir. Müxtəlif mənbələr bu raketlərin Moskvanı vura biləcəyini deyirlər.
Əliyar Xəlil
Globalinfo.az