Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün deputatlığa namizəd siyahısını açıqlayıb.
Globalıinfo.az modern.az-a istinadən bildirir ki, hakim partiya mərhum Hadi Rəcəblinin əvəllər deputat seçildiyi dairədən yeni namizəd irəli sürüb.
Belə ki, 78 saylı (keçmiş 74 saylı-red.) Lənkəran kənd seçki dairəsindən YAP-ın 1 sentyarbda keçiriləcək seçkilərdəki namizədi Anar İsgəndərov olacaq.
Anar İsgəndəov fəaliyyətini yenicə başa vuran altıncı çağırış parlamentdə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı olub.
Mərhum Hadi Rəcəbli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
O, sonuncu dəfə 2015-ci ilin noyabrında Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmiş, 2020-ci ildə səlahiyyətlərini başa vurmuşdu.
Hadi Rəcəbli 2020-ci ildəki növbədənkənar seçkilərdə də 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini vermişdi. Həmin dairədə lider namizəd Hadı Rəcəbli elan olunsa da, MSK sonradan nəticələri ləğv etdi. Və altıncı çağırış Milli Məclisdə əvvəldən axıradək Lənkəran kənd seçki dairəsinin parlamendəki yeri boş qaldı.
Hadı Rəcəbli 17 aprel 2024-cü ildə vəfat edib.














