Daha bir avtobusda kondisioner mübahisəsi – VİDEO

Daha bir avtobusda kondisioner mübahisəsi - VİDEO

Bakıda marşrut xətlərindən birində problem yaşanıb. Belə ki, Xırdalan şəhəri istiqamətində hərəkət edən 135 saylı marşrut avtobusunda sürücü kondisioneri yandırmayıb.

Globalinfo.az bildirir ki, bu barədə baku.ws-in “qaynar xətt”inə məlumat və görüntülər daxil olub.

Sərnişinlərin hər biri sürücüdən kondisioneri yandırmağı xahiş edib. Lakin sürücü buna məhəl qoymayıb.

Sonda isə o, sərnişinlərə avtobusdan düşərək nəqliyyat vasitəsini tərk etmələrini bildirib.

Sürücünün sözləri sərnişinlərin də əsəb və aqressiyasına səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik: