Fəzail Ağamalının qızı deputatlığa namizəd oldu

Fəzail Ağamalının qızı deputatlığa namizəd oldu

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Globalinfo.az xəbər verir ki, Lent.az-a açıqlama verən “Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı  səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib:

“Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım”.

Partiya sədri qızının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub:

“Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım, Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.

Fəzail Ağamalının qızı deputatlığa namizəd oldu

Fəzail Ağamalı