Rusiyanın tanınmış azərbaycanlı hüquqşünası Elman Paşayev Ukraynada davam edən hərbi əməliyyatlar zamanı növbəti dəfə yaralanıb.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Paşayev Marinka yaxınlığında avtomobillə hərəkətdə olarkən atəşə məruz qalıb.
Onun sözlərinə görə, ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Paşayev uzun müddət xəstəxanada qalmayacağını söyləyib.
Qeyd edək ki, E.Paşayev bundan öncə də Ukraynada müharibədə yaralanmışdı.














