İlin əvvəlindən bu yana Rusiyadan 65 mindən çox qeyri-qanuni miqrant deportasiya olunub.
Globalinfo.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk 2024-cü ildə qanunu pozduğuna görə Rusiyadan 65 mindən çox miqrantın deportasiya olunduğu ilə bağlı məlumat yayıb.
O həmçinin nazirliyin həyata keçirdiyi tədbirlərin miqrantlar tərəfindən törədilən cinayətlərin sayını azaltdığını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 6 ayda bu göstərici 6,4 faiz azalıb.














