127553923 gettyimages 1243387119

“Ukrayna hələ müqavimətə tab gətirir, lakin qarşıdan gələn aylar çətin və kritik olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivanın  hesabatı Ukraynadakı vəziyyətə, Ağ Evin Moskvanın təcavüzünə qarşı mübarizədə Kiyevi dəstəkləmək səylərinə, eləcə də bu müharibənin perspektivlərinə həsr olunub.

Sallivan bildirib ki, cəmi bir neçə ay əvvələ qədər Ukrayna cəbhələrində vəziyyət son dərəcə acınacaqlı idi.

“Kiyevə maliyyə ayrılması Konqres tərəfindən dayandırılmışdı və cəbhə xəttindəki ukraynalı əsgərlərin silah-sursatı tükənmişdi. Ukraynalı ailələr dəhşət içində rus qoşunlarının yeni hücuma başlamasını gözləyirdilər. Rus qoşunları  bir-birinin ardınca Ukrayna şəhərini ələ keçirirdilər”, – deyə Sallivan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: