boris titov

Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Azərbaycana işgüzar səfər edəcək. 

Globalinfo.az bildirir ki, B.Titovun mətbuat xidməti məlumat yayıb.

Səfərin 12-15 iyul tarixlərində baş tutacağı bildirilir.  B.Titov səfər çərçivəsində  Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.

Rusiya Prezidentinin xüsusi nümayəndəsinin səfəri 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində baş tutacaq.

Paylaş: