“F16″lar Ukraynaya nə vaxt veriləcək? – Blinken tarixi açıqladı

"F16"lar Ukraynaya nə vaxt veriləcək? - Blinken tarixi açıqladı

“F-16″ qırıcı təyyarələri bu yay Ukraynanın arsenalında yer alacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

O bildirib ki, ABŞ hökuməti Ukraynaya çox böyük dəstək göstərmək niyyətindədir və bu məsələnin üzərində iş aparır.

“Ukraynanın Rusiyaya cavab verə bilməsi üçün dəstəyimiz davam etdiriləcək. Danimarka və Hollandiya “F-16″ döyüş təyyarələrini Ukraynaya təhvil verəcək. Prosesin bu yay həyata keçiriləcəyi gözlənilir”, – deyə Blinken vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az