Arqisti Kiviryan

“İranda prezident seçkilərinin nəticələri Ermənistana münasibətdə qlobal dəyişikliklərə səbəb olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

O hesab edir ki, işləyən strategiyanı dəyişməyin mənası yoxdur.

“Regionda qarşıdurma olacaq. Hələ son sərhədlər çəkilməyib və bununla bağlı mənzərə aydınlaşmayıb. Bu mənada İran və digər güclər öz sözünü demək istəyəcək. iranlılar öz rəqiblərinin regiondakı mövcudluğuna qarşı mübarizəni davam etdirəcəklər. Ancaq seçkilərin nəticələri Ermənistana münasibətdə qlobal dəyişikliklərə səbəb olmayacaq. Bu siyasət Ermənistanla bağlı son illərdə xüsusilə tez-tez səslənən bəyanatlarda öz əksini tapır. İran etnik dövlət deyil, çoxmillətli imperiyadır.”, – Kiviryan bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

 

 

 

Paylaş: