f62afa79 3a7c 37f8 8852 df0ed8847feb 850

“Böyük Britaniya Ukraynaya 90 ədəd dəqiq idarə olunan “Brimstone” raketi, 10 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı verəcək”.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı deyib.

“Kiyev hakimiyyətinə növbəti hərbi yardım paketinə həmçinin 50 kiçik qayıq, 40 minatəmizləmə maşını, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri daxildir”, – deyə nazir bildirib.

Paylaş: