“Heç kim düz 10 il ərzində Ukraynanı Şimali Atlantika Alyansına qəbul etməyi vəd verməyib və buna zəmanət vermir”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-ın CBS kanalının efirində deyib.
Ukraynanın NATO-ya niyə 2 və ya 3 ildən sonra deyil, 10 ildən sonra qəbul oluna biləcəyi ilə bağlı suala, Stoltenberq belə cavab verib: “Heç kim dəqiq 10 ildən sonra deməyib, amma Ukraynanın qəbulu məsələsinin çox ciddi olduğu göz qabağındadır. Bizim etməli olduğumuz ən vacib şey Ukraynaya dəstəyi gücləndirməkdir ki, bu, o ölkənin gələcək üzvlüyü üçün şərtdir”, – deyə NATO-nun baş katibi əlavə edib.
Stoltenberq qeyd edib: “Bizə uzunmüddətli və ədalətli sülh lazımdır. Bunu əldə etməyin yeganə yolu Rusiya Prezidenti Vladimir Putini döyüş meydanında qalib gəlməyəcəyinə inandırmaqdır və bunun yeganə yolu Ukraynaya hərbi yardım göstərməkdir”.
Qeyd edək ki, Stoltenberq cari ilin iyulun 5-də Ukraynanın 2034-cü ilə qədər NATO-nun üzvü olacağına ümid etdiyini bildirib.