İranda Məsud Pezeşkianın prezidentliyi təsdiqləndi

İranda Məsud Pezeşkianın prezidentliyi təsdiqləndi

İranda prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb. Səsverənlərdən şikayətçi olmayıb.

Globalinfo.az İRNA-a istinadən xəbər verir ki, İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası seçkilərin nəticələrini təsdiqləyib.

Nəticələr İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.