2024 07 03T170015Z 92943598 RC2TN8AJWF8C RTRMADP 3 IRAN ELECTION 1024x683 1

Xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri İran prezidentliyinə namizəd, seçkilərdə Pezeşkiana məğlub olan Səid Cəlili deyib.

“Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafa töhvə verməsi üçün bütün imkanlarımızla dəstək olmalıyıq”, – Cəlili qeyd edib.

Xatırladaq ki, İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin prezidenti seçilib

Paylaş: