“ABŞ Gürcüstanla hər il keçirdiyi “Noble Partner” hərbi təlimini qeyri-müəyyən müddətə təxirə salıb”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb.
Rəsmi Vaşinqton belə qərarına səbəb kimi ABŞ-ın və Qərbin ünvanına Gürcüstan hökuməti tərəfindən səsləndirilən ittihamları göstərib.
Rəsmi Tiflis artıq ABŞ-ın qərarına reaksiya verib. Gürcüstan hökuməti ABŞ-ın bu addımından təəssüfləndiyini deyib.
Qeyd edək ki, Noble Partner təlimləri 2016-cı ildən keçirilir. Təlim bu il iyulun 25-dən avqustun 6-na qədər keçirilməli idi. Gürcüstandan fərqli olaraq ABŞ bu il Ermənistanla “Eagle Partner” təlimləri keçirməyə hazırlaşdığını bəyan edib.
Gürcüstanla ABŞ arasında münasibətlər Gürcüstan hökumətinin xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra pisləşib.
Əliyar Xəlil
Globalinfo.az