IMG 20240706 021605 911

Mayın ortalarında sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dennik Posto” məlumat yayıb.

O, Slovakiyada dövlət bayramı sayılan Müqəddəs Kiril və Methodi Günü münasibətilə Bratislavadakı Devin qəsrində təşkil edilən mərasimdə ayaqüstü nitq söyləyib.

Fitso çıxışında bir sıra siyasi fikirlər səsləndirib.

Qeyd edək ki, Fitsoya sui-qəsd cəhdi mayın 15-də hökumətin geri çəkilməsindən sonra baş verib. Hücum edən şəxs beş dəfə atəş açıb. Polis cinayətkarı hadisə yerində saxlayıb. Mayın sonunda Fitso sağalmaq üçün xəstəxanadan evinə buraxılıb.

Paylaş: