AVRO-2024: Fransa Portuqaliyanı penaltilərdə məğlub etdi

AVRO-2024: Fransa Portuqaliyanı penaltilərdə məğlub etdi

Fransa penalti zərbələrində daha dəqiq oynayaraq (5-3) növbəti mərhələyə yüksəldi.

Bu mərhələdə Fransa millisi İspaniya seçməsi ilə qarşılaşacaq.

***

120 dəqiqəlik qarşılaşmada hesab açılmadı: 0-0.

Hazırda penalti zərbələri üçün hazırlıq görülür.

***

90 dəqiqə ərzində bərabərlik pozulmadığı üçün əlavə 30 dəqiqə oynanılır.

***

Portuqaliya və Fransa milli komandaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final oyununun ikinci hissəsi başlayıb.

Globalinfo.az xəbər verir ki, matçın ilk hissəsində hesab açılmayıb.

***

Portuqaliya və Fransa milli komandaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final oyununun birinci hissəsi başa çatıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.

***
Portuqaliya və Fransa milli komandaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final oyununa start verilib.

Globalinfo.az xəbər verir ki, oyun Hamburqdakı “Volksparkstadion” stadionunda keçirilir.

Matçı Maykl Oliverin (İngiltərə) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.