
İspaniya millisi Almaniyanı 2-1 məğlub edərək yarımfinala yüksəldi.
***
90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi üçün əlavə 30 dəqiqə oynanılır.
***
Matçın 89-cu dəqiqəsində Virtz Almaniyanın bərabərlik qolunu vurdu: 1-1.
***
Olmo 52-ci dəqiqədə İspaniya millisini hesabda önə keçirdi: 1-0.
***
İspaniya – Almaniya qarşılaşması start götürdü.
Canlı yayımı təqdim edirik:
***
Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İspaniya – Almaniya oyunu üçün start heyətlər bəlli olub.
Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
İspaniya : Simon, Karvahal, Le Norman, Kukurelya, Laport, Ruis, Rodri, Pedri, Yamal, Morata, Uilyams.
Almaniya : Noyer, Rudiqer, Raum, Ta, Kimmix, Havertz, Kroos, Musiala, Sane, Gündoğan, Can.














