CNN: “Növbəti 48 saat Bayden üçün kritikdir”

CNN: "Növbəti 48 saat Bayden üçün kritikdir"

Növbəti 48 saat ABŞ Prezidenti Cozef Baydenin kariyerası üçün həlledici əhəmiyyət daşıyacaq.

Globalinfo.az xəbər verir ki, bu iddia CNN televiziyası çıxış edib.

Məlumata görə, Bayden bu gün ABC televiziyasına müsahibə verməlidir və burada prezidentin işi Trampla debatdan daha çətin olacaq. CNN yazır ki, bundan sonra Baydenin hər çıxışı zəiflik əlaməti kimi dəyərləndirilə bilər.

“Bayden öz siyasi kariyerasının xilası üçün çarəsizcə mübarizə aparır. Lakind tənqid dalğası, təkcə demokratlar arasında yox, partiyanın donorları arasında da güclənir və daha çox insan artıq onun Trampa qalib gələcəyinə şübhə edir”.