1521177896 1521143868506958085 1000x669

Bu gün Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı keçirilir.

Globalinfo.az xəbər verir ki, iyulun dördündə toplantının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.

Ziyafətdən yayılan kadrlarda sözləri Aslan Abdullayev, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısının ifa edildiyi görünür.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

Paylaş: