Erməni general hədəfdə: 36 il əvvəl azərbaycanlıların…

Erməni general hədəfdə: 36 il əvvəl azərbaycanlıların...

Birinci Qarabağ müharibəsində iştirak etmiş erməni general Samvel Karapetyanın oğlu Valeri Karapetyan İrəvanda fiziki şiddətə məruz qalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, generalın oğlu avtomobili ilə hərəkətdə olarkən polis saxlayıb və axtarış aparmağa başlayıb.  Bu zaman o polisə “siz nə edirsiniz?” deyə reaksiya verib. Həmin an polis V.Karapetyan və avtomobildə olan dostuna fiziki güc tətbiq edib, saçından dartaraq  onları yerə uzadıb. Nəticədə generalın oğluna məxsus avtomobilin heç bir səbəb göstərilmədən müsadirə edildiyi deyilir. Nə qədər avtomobili geri tələb etsələr də, hüquq-mühafizə orqanları onu qaytarmaqdan imntina edib.

Məsələ ilə bağlı Samvel Karapetyanın vəkili açıqlama verərək bvildirib ki, axtarış zamanı heç bir qanunsuz hal aşkarlanmayıb:

“Sadəcə “drik” adı verilən bir alət tapılıb, onu da yerindəcə polislər götürüb. Əslində axtarış üçün heç bir qanuni əsas, məhkəmə qərarı yoxdur. Əminəm ki, bu, planlı əməliyyatdır. Çünki hadisə yerində Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən Kriminal Polis İdarəsinin rəisi, Patrul Xidmətinin rəisi və digər şəxslər də olublar. Böyük ehtimal maşını aparıb ona dinləmə cihazı yerləşdirmək üçün belə bir oyun qurulub”.

Bu, Qarabağ müharibəsi və 44 günlük döyüşlərdə iştirak edən separatçılara qarşı atılan ilk belə addım deyil. Ermənistanda Nikol Paşinyan hökumətinin Azərbaycana qarşı revanşist fikirlər səsləndirən və döyüşlərdə iştirak etmiş şəxsləri təqib etdirdiyi, onları nəzarətdə saxlamağa çalışdığı bildirilir.

Qeyd edək ki, general Samvel Karapetyan Birinci Qarabağ müharibəsi və “Miatsum” hərəkatının aktiv iştirakçılarındadır. O, 1988-ci ildə Qarabağ üçün Ağdamdan Xankəndinə yürüş-mitinq edən azərbaycanlıların Əsgəranda qarşısına çıxıb və qarşıdurma yaşanıb. S.Karapetyan 1992-94-cü illərdə Xankəndi alayına komandanlıq edib. Onun komandanlığı altında olan qüvvələr Qarabağda 18-ə yaxın kəndi işğal edib. O, Araz çayından Murov dağ silsiləsinə qədər olan ərazidə gedən döyüşlərdə  dəfələrlə yaralanıb.

Ayşən Mustafa
Globalinfo.az