zelenski5

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşməyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu, yalnız Trampın  müharibəni tez bitirmək planından danışacağı halda baş verə bilər.

“Tramp Rusiya ilə müharibəni tez bitirmək planını ortaya qoymalıdır. Eyni zamanda, onun təkliflərinin heç biri millətin suverenliyini pozmamalıdır. Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bunu indi bizə deməlidir. Əgər Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirmək təhlükəsi mövcuddursa, o zaman buna hazır olmalıyıq. Komandasının təkliflərini eşitmək üçün Trampla şəxsən görüşməyə hazıram. Ukrayna ABŞ-dakı seçkilərdən sonra payızda nəyə hazırlaşmalı olduğunu anlamaq istəyir. Onlar mənim, xalqımın və övladlarımızın həyatını planlaşdıra bilməzlər. Biz noyabrda ABŞ-ın güclü dəstəyinə sahib olacağımızı, yoxsa tamamilə tək qalacağımızı başa düşmək istəyirik”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: