“Ermənistan Nazirlər Kabineti üçün regionda sabit sülhün bərqərar olması prioritetdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

O, ölkədə islahatları dəstəklədiyinə görə ABŞ hökumətinə təşəkkür edib.

“Sabit demokratiyanın bərqərar olması üçün ən mühüm şərtlərdən biri sülhdür. Biz regionda sülhün bərqərar olmasında ABŞ-ın rolunu yüksək qiymətləndiririk”, – deyə Qriqoryan bildirib.

Ermənistan baş nazirinin müavini islahatlara və Ermənistan iqtisadiyyatının davamlılığına dəstək verdiyinə görə ABŞ hökumətinə təşəkkür edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: