632900b5acfb9632900b5acfba1663631541632900b5acfb7632900b5acfb8

Almaniya Ukraynaya 20 “Dinqo” zirehli transportyoru və 2 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqu göndərib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

“Almaniya Ukraynaya Bundesverin ehtiyatlarında olan avadanlıq və silahlarla, o cümlədən federal hökumət tərəfindən maliyyələşdirilən sənaye ləvazimatları ilə dəstək verir”, – məlumatda qeyd edilib.

Bildirilib ki, Ukrayna Almaniyadan ümumilikdə 50 “Dinqo” zirehli transportyoru və 12 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqusu alıb.

Paylaş: