“Çin Rusiya-Ukrayna müharibəsinə son qoya bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Blomberq”ə müsahibəsində deyib.
“Rusiya hazırda Çindən çox asılıdır. Szinpin bir telefon zəngi böhranı həll edə bilər” – eyə o bildirib.
Stubun bu açıqlaması Çində narazılığa səbəb olub. Belə ki, bu gün Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin Moskvanın Çindən asılılığına aydınlıq gətirib:
“Əvvəla Çin və Rusiya müstəqil böyük ölkələrdir. Çin Ukraynadakı müharibəni başlamayıb və onun tərəfi deyil… Üstəlik Pekin həmişə sülh və dialoq tərəfdarı olub, eləcə də bütün müharibə tərəfləri o cümlədən Rusiya ilə əlaqə saxlayır”.
Qeyd edək ki, bu gün Astanada Çin və Rusiya liderlərinin görüşü nəzərdə tutulub.
Əliyar Xəlil
Globalinfo.az














