“ABŞ Demokratlar Partiyasının Milli Komitəsi Co Baydenin seçkilərdə vaxtından əvvəl namizədliyinin irəli sürülməsi imkanını nəzərdən keçirir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata görə, buna səbəb Donald Trampla debatda uğursuz çıxış edən Baydenin dəyişdirilməsi ilə bağlı partiyadaxili danışıqları dayandırmaqdır.
“BBC” yazır ki, partiya komitəsinin Çikaqoda avqustun 19-da başlayacaq əsas qurultayından əvvəl prosedurları yekunlaşdırmaq üçün toplanış baş verə bilər. Demokratlar namizədlərin qeydiyyatı üçün son tarixin bitdiyi vaxtdan əvvəl 81 yaşlı Baydenin namizədliyini irəli sürməyi planlaşdırıblar. Qeyd olunur ki, Baydenin yenidən seçilməsi onun yaşı və ikinci müddət ərzində öz vəzifələrini yerinə yetirə bilməməsi ilə bağlı qeyri-real görünür.
Qeyd edək ki, 15-18 iyul tarixlərində Respublikaçıların Milli Qurultayı keçiriləcək və burada Trampın rəsmi olaraq prezidentliyə namizəd kimi irəli sürülməsi gözlənilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az