
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə üçüncü qol vurulub.
Leyptsiqdəki “Red Bull Arena”da Avstriya millisi buraxılan qollardan birinin əvəzini çıxıb – 2:1.
66-cı dəqiqədə Mixael Qreqoriç adını tabloya yazdırıb.

***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.
Leyptsiqdəki “Red Bull Arena”da “ay-ulduzlular” üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 2:0.
Merih Demiral 59-cu dəqiqədə dubl edib.
***
Merih Dəmiral matçın 1-ci dəqiqəsində hesabı açdı: 0-1.
***
Avstriya – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb.
Globalinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:
Türkiyə: Mərt Günok, Mert Müldür, Merih Dəmiral, İsmayıl Yüksək, Ferdi Kadıoğlu, Abdulkərim Bardakçı, Orkun Kökçü, Kaan Ayhan, Arda Gülər, Kenan Yıldız, Barış Alpər Yılmaz
Baş məşqçi: Vinçentso Montella.
Avstriya: Pents, Danso, Poş, Seivold, Arnautoviç, Sabitser, Şmid, Laimer, Baumqartner, Lienhart, Mvene
Baş məşqçi: Ralf Ranqnik.