“Ermənistan hakimiyyəti Rusiyanın açıq təzyiqinə məruz qalmaq istəmir və bunu nümayiş etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Artur Martirosyan deyib.
O bildirib ki, Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan onun səhvinə istinad edərək asanlıqla qurtula bilər. Həmçinin Rusiya ilə əlaqələri düzəldəcək başqa birini təyin etməsi mümkündür.
“Qriqoryanın bəyanatı tam axmaqlıqdır. Müharibədəki məğlubiyyət Rusiyanın yox, Ermənistan hakimiyyətinin siyasətinin nəticəsidir. Hakimiyyətin qərbyönlü olması isə 2018-ci ilə qədər də aydın idi. Sadəcə onlar bir sıra şərtlərə görə açıq siyasət apara bilmirdilər. Qriqoryan Ukrayna məsələsi ilə bağlı müzakirələrdə iştirak üçün İsveçrəyə göndərilir. Lakin o, çıxış etmək üçün tapılmır. Bu onu göstərir ki, hakimiyyət Rusiyanın açıq təzyiqinə məruz qalmaq istəmir”, – deyə politoloq vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az