Sabah Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstana gedəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfərin iyulun 3-nə planlaşdırıldığı qeyd edilir. Mirzoyanın Gürcüstanın yüksək rütbəli rəsmiləri və gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşlər keçirməsi planlaşdırılır.
Qeyd edək ki, Mirzoyan sonuncu dəfə 2022-ci ilin martında Gürcüstana işgüzar səfər edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az