
İsveçrə – Almaniya görüşü 1:1 hesabı ilə başa çatıb.
Bu nəticənin ardından A qrupundakı xallarının sayını 7-yə çatdıran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
***
İkinci hissə başlayıb.
İsveçrə 1:0 öndədirlər.
Birinci hissə başa çatıb.
İsveçrəlilər fasiləyə Dan Ndoyenin qolu ilə 1:0 öndə yollanıblar.
İsveçrə – Almaniya qarşılaşmasında hesab açılıb.
Globalinfo.az xəbər verir ki, 28-ci dəqiqədə Dan Ndoye isveçrəliləri hesabda önə keçirib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə – Almaniya görüşü start götürüb.
Globalinfo.az xəbər verir ki, A qrupunun oyunu Frankfurtdakı “Valdştadion”da keçirilir.
Qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.