
Dağıstanın paytaxtı Mahaçqalada polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.
Terrorçuların öldürüldüyü görüntülər yayılıb.
***
Dağıstanın Mahaçqala şəhərində sinaqoq yaxınlığında silahlı atışma baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Hücumda üç polis əməkdaşı həlak olub, altı nəfər isə yaralanıb.
Ermoşkin küçəsindəki sinaqoq binası demək olar ki, tamamilə yanıb. Yanğının söndürülməsi üçün işlər görülür.
Mahaçqala və Dərbənddə giriş-çıxış məntəqələri mühasirəyə alınıb.
Qeyd edək ki, bundan öncə Dərbənddə kilsə və sinaqoqda atışma baş verib.