Rusiya Şimali Koreya ilə pakt imzalamaqla Qərblə mübarizə üçün yatırımlarını artırır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “APnews” çıxış edib.
Agentlik yazır ki, Putinin Kim Çen Inla imzaladığı strateji tərəfdaşlıq aktı həm Vaşinqton, həm də Seulda narahatlığı artırıb. Onlar hesab edirlər ki, Rusiya bunun sayəsində Ukraynada döyüş üçün Pxenyandan alacağı silahların sayını artıracaq, əvəzində isə Şimali Koreyaya nüvə raketini proqramını inkişaf etdirmək üçün daha çox vəsait verəcək.
Agentlik həmçinin qeyd edib ki, təkcə Vaşinqtonla Seul yox, həm də Çin Şimali Koreya-Rusiya əməkdaşlığının güclənməsindən narahatdır:
“Çinin narahatlığını artıran bu əməkdaşlığın Şimali Koreyanın Pekindən asılılığını azaldacağıdır. Çinin Rusiya üçün vacibliyi nəzərə alınarsa, o zaman hər iki tərəf Pekinlə özünü ehtiyatlı aparmalıdır”.
Qeyd edək ki, Putinin Şimali Koreyaya səfəri zamanı burada strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, tərəflər bir-birinin ərazisinə üçüncü tərəfin hücumu halında qarşılıqlı yardım həyata keçirəcəklər.
Tahir Turan
Globalinfo.az