65c7a309bd77a65c7a309bd77b170758221765c7a309bd77765c7a309bd778

Həcc ziyarətinə gedən 49 tunislinin həyatını itirməsindən sonra Tunis Prezidenti Qeys Səid ölkənin dini işlər naziri İbrahim Şəbini vəzifəsindən kənarlaşdırıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 49 tunislinin həyatını itirməsi ölkədə geniş tənqidlərə yol açdığı üçün bu addım atılıb.

Qeyd edək ki, bu il Məkkədə kəskin istilər səbəbindən ümumilikdə 1081 zəvvarın öldüyü bildirilir.

Paylaş: